teşi Nədir? تئشی نه دیر؟
Ensafali Hedayat
Teşi
şəkildə göründüyü kimi bir Ələtdir. Onla az mirdarda (kasıb və imkansız
olursan) belə çox miqdarda Yun ya "İpək Lası"ın əyirib və ipə
çevirərlər.
bizim
mahallarda (Əhəe və Kəleybərdə) alətə "Teşi", əldəki yuna
"Əlçim", işin özünə "əlçiç etmək" ya "Əlçim
Əyirmək" ya "Əlçimləmək" və nəhayət "Yün Əyirmək" də
diyərlər.
Teşinin
dövrəsinə dolanan "ipə" Yumax yox bəlkə "Düyçə" diyərik.
Yumax kamilən yumuru və Kürə şəkilli olur amma Düyçənin nadır şəkili vardır.
Ona görada bəzi çox şulux, zirəh, ağıllı, şeytan, xalqı incidən amma şırın
yolla, hər işi başaran (bacaran) uşağa Düyçə diyərlər.
Cəhrə
adlı daha mürəkkəb Yunu İpə çevirmək Dəzgah ya alətində bir İyi var ki Teşinin
İyinə taydır (bənzər) və onunda dövrəsinə "Əyrilən ip" dolaşılar. Bu
ip bir miqdar dolaşandan sonra, bir başı yoğun ya qalın olar, dibi isə nazik ya
zərif olar. Kəllə qəndə bənzər bir şəkil tapar. Ona Düyçə diyəril.
Bu
sadə dəzgahın 4 hissəsi var.
1. Iy
(Mil): uzun və yontalanmış bir nazik və yuvarlaq bir “iy” dir.
İy ya Milin ucu inə ya nazik olar başına getdikcə, yoğunlaşar.
2. İy
yoğun yeri "Təvərə" adlı bir hissəyə yapışar. Təvərənin hər iki
tərəfi saf olan cahaz dır. Cahazin eşik qırağı yumuru (yuvarlaq) olar. Gözəllik
üçün Təvərənin yuvarlaq tərəfində iki-üç cizgi salınar. Cizgi içərisi ya içi
boş olura "boş" (kamıl xatırlamıram) əyər eşiyə tərəf çıxarsa farsca
Bərcəstə amma Türkcəmizdə "Pəx" diyərik, mən biləsi.
3.
Təvəreylə İy bir birinə yapışdırmaq üçün bir uzun Mismar ya Mıx lazim dir. Bu
Mismarı Kərkiş ya Çəkişlə vurarlar ta Təvəreylə İy bir birinə yapışdırılsın. 4.
Sonra Kəlfətinlə Mixın başına (əmmaməsinə) vurub ya Döyərik. Mismar biz istədiyimiz
qədər Təvərəyə və İylə gedəndən sonra, Mismarın başın (əmmaməsin) Qırparıx
(kəsərik).
5.
Daha sonra, Kəlfətinlə Mismarı qavırarıq və Yuvarlağın (dayirənin)3/2 (üçdən
ikisi qədər) Qavırarıx yanı dayirə kimi edərik.
Çün
kü İpin bir başı Əlçimdə və hələ Eyrilməmiş dir. O biri tərəfi isə Əyrilib, İp
olub və İyin düvrəsinə dolaşılıb və Düyçə olubdur.
İp
olmayan tərəfə ki Əlçim tərəfi dir, "Xam" deyilər. Xam yun tez
qırılar. Qırılmasın diyə onu Əyirib və İp edirlər. Yunu ya Əlçimi Əyirmək üçün,
Onu bir dövr Qarmağın dövrəsinə dolaşdırarlar. Sonra ya əl barmaqlarilə İy ya
Mil uc tərəfindən Fırladarlar yada Bacaqın Böyrünə qoyub, Əllə fırladarlar.
Teşi fərlandıqca, Xam Yun Əyrilər və İp Olar.
Comments
Post a Comment