Güllərə İnanıram
Güllərə İnanıram
Bu gecə çox fərqili
Əfsanə dir bu gecə
Səfər dir, yolçuluq dur bu gecə
Uzaü yoldan dünmüşəm
Həyətdə güllər ğucaq gucaq
ətir səpir yollara, peşvazıma gəliblər dəstə dəstə
əlləri, nazik uzun həyatları rəqsilə səjdə edir
qah qahaları dodaqlardan kəsilmir kefləndim səfalı şarablarından mevlana ilə qolboyun səmaa dönüşürəm
güllər Kəbəyə dünür, biz hacı
dolanıram bağçanın başına qaça qaça
sevincimdən yox oluban güllərdə
"Güllər Allah dir, inanın mənə" diyə inancımı bağırıram kafirlərə, Allahsızlara
kəbəmin başına dolanır ulduzlar dənizi yol alıb gedir yoxluqun dibin boylamaya
mənə göz qırpır məsum gözəlliklər o arada, sırada
kəbədən qopub, qızların dəstəsin görüm diyə yaxından
arxada, daha qaranlıqlara sürəklənirəm
bir öpücük üçün namərdən allahımı satmasam
iradəsiz cümüram süd kimi ağ qızların səfinə
qucaqlamaq istirəm bir bir ulduzlar
göz qırparaq əlimdən qaçır naz edərək
nə aşq dır, nə həvəs dir
daha busə də istəmirəm gülüşlü dodaqlarından
təb çadrasın çəkib gözlərimin bəbəyinə
həzyan edir ürəgim, dilim
uçuram, qanad çalıb uçuram ləylətolqədrə
qədirsiz zamanda yalnızlaşıram, kimsə məni anlamır artıq
mən onların dilin bilmirəm, olarda mənim
nədən iraqlandıq aşk yerinə, sarmaşıq yerinə
anlamak istəyənləri sayabilərəm əl barmaqlarımla.
yalqızlıq çəkməyən həsrətin keyfin dadabilməz
dad, nə şirin dir xəyalında qurabilsən belə, uçabilsən belə, umabilsən belə.
xəyal dənizində royalara dalabilsən belə
çixiş yolu orda dır səni bəklir, girə bilsən beə, gedəbilsən belə.
dön gəl güllər allahdir, gülüstan kəbə biləbilsən belə, duyabilsən belə, uyabilsən belə.
kəbən, allahın baxcanda dır bilsən belə, anlasan belə, hətta dansan belə.
İnsafəli Hidayət
Comments
Post a Comment