İnsafəli Hidayət: “Konfransda İran adlanan yerin qonşuluğunda yerləşən dövlətlərdə fars dilini yaymaq üçün pul xərclənməsi, xarici dövlətlərə fars dilli müəllimlərinin göndərilməsi və həmin ölkələrdə fars dilini bilənlər üçün bu dili daha yaxşı öyrənmək imkanlarının yaradılması istənilib”
"Həmin qərarda qeyd edilir ki, fars dili neçə min illik dildir və “iranlılar”ın milli kimliklərinin əsasnı təşkil edir. Bu dil İran adlanan yerin milli birlik və bütövlüyünün səbəbbidir”. Toplantıya qatılanlar İran adlanan yerdən özünün hər hansı böyük siyasi, mədəni, iqtisadi və digər qərarlarında fars dilinin inkişafını nəzərə almağı tələb ediblər. Eyni zamanda konfransda İran adlanan yerin qonşuluğunda yerləşən dövlətlərdə fars dilini yaymaq üçün pul xərclənməsi, xarici dövlətlərə fars dilli müəllimlərinin göndərilməsi və həmin ölkələrdə fars dilini bilənlər üçün bu dili daha yaxşı öyrənmək imkanlarının yaradılması istənilib. Bundan əlavə, media və mədəniyyət işçilərindən fars dilinə daha çox meyl göstərmələri tələb olunub. Güneyli jurnalist qeyd edir ki, İran adlanan yerdə rəsmi dil fars dilidir və bütün yazışmalar bu dildə həyata keçirilir. Etnik dillər yalnız evlərdə, küçə və bazarlarda istifadə olunur. Yəni İran adlanan yerdə Azərbaycan turkcəsi, kürd, ərəb, türkmən və fars dilinin müxtəlif ləhcələri də var, ancaq məktəblərdə və universitetlərdə onların tədrisi rəsmi olaraq qadağandır. İran adlanan yerdə Azərbaycan turkcəsi, kürd, ərəb, türkmən və digər dilləri danışan xalqlar onların dilinin və mədəniyyətinin fars dili və mədəniyyəti kimi xalqın sərvəti kimi görməmələri və bu dillərə təhlükə kimi baxmalarından narahatdırlar. Bu məsələləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi son prezident seçkiləri kampaniyasında qaldırdılar ki, İran adlanan yerdəki Azərbaycan türkləri və digər xalqların dəstəyini qazansınlar. Onların geniş himayə görən bu çıxışları qarşısında İran adlanan yerin onuncu prezident seçkilərinin namizədlərinin təbliğatlarının əsl mövzularından biri etnik xalqların istəkləri oldu. Ona görə də həmin vaxt Mahmud Əhmədinejad İran adlanan yerdə olan bəzi dillərin universitetlərdə öyrədilməsi üçun tədbirlər görülməsi haqda qərar verdi. Ancaq bu konfransda prezidentin həmin hökmü və bu qərarən hansı dillərə şamil edildiyi və hansı bölgələrdə icra olunacağı məsələsi müzakirəyə çıxarılmadı. İnsafəli Hidayət yazır ki, İran adlanan yerin parlamentinin spikeri Qulaməli Həddad Adil konfransda fars dilinin böyük bir sərvət olduğunu söylədi: “O, başqa dillərin dəyəri barədə isə bir soz demədi. Spiker dedi ki, millət bir torpaq, bir hökumət, müştərək dil və ortaq tarix hər milləti tanıtdıran əlamətlərdir. Əgər fars dilinə maraq gostərilməsə, bu dil tamamilə ölər. Ancaq Qulaməli Həddad Adil İran adlanana yerdə ölməkdə olan, həmin dildə kitab və qəzet çapına imkan verilməyən, məktəb və universitetlərdə tədris edilməyən dillərin İran adlanan yerin mədəniyyətinə verdiyi töhfələr barədə heç nə demədi”. http://www.d-a-k.org/index.php?option=com_content&task=view&id=2445 |
A Journalist for South Azerbaijan's' independence! Güney Azerbaycan'ın İstiqlalı Üçün Gazeteçilik! !روزنامه نگاری برای ایستقلال آذربایجانی جنوبی
Tuesday, January 12, 2010
Təbrizdə fars dili konfransının keçirilməsi soydaşlarımızın etirazına səbəb olub
ONLARIN ARASINDA AZƏRBAYCANLI DA VAR
2007-02-07 - 17:24:00
İranın 7 narazı yazıçı və jurnalisti beynəlxalq «Hellmən-Həmmet» mükafatına layiq görülüb. «Media forum» saytı «Hyuman Rayts Votç» təşkilatının fevralın 6-da yaydığı məlumata istinadən xəbər verir ki, dünyanın 22 ölkəsindən bu mükafata layiq görülən 45 yazardan 7-si İrandandır.
«Hyuman Rayts Votç»un Orta Şərq bölməsinin direktoru Sara Li Vitson mükafata layiq görülmüş iranlı yazarlar haqqında deyib: «2006-cı il iranlı yazarlar üçün çətin il olub. Onlar nəşr sahəsində tətbiq edilən və çoxlu məhdudiyyətə səbəb olan ağır qanunların hakim olduğu bir şəraitdə işləmək məcburiyyətində qalıblar. Onların bu qədər məhdudiyyət və təzyiq altında əldə etdikləri yaradıcılıq uğurlarının dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət daşıyır».
«Media forum» saytının məlumatına görə, mükafatı qazanan yazarlar arasında azərbaycanlı jurnalist İnsafəli Hidayət də var.
İnsafəli Hidayət Təbrizdəndir və hazırda da bu şəhərdə yaşayır. 41 yaşı var. İranın Şərqi Azərbaycan ostanında insan hüquqlarının pozulması ilə bağlı vaxtaşırı müxtəlif xarici radiolarda müsahibə və bəyanatları yayılır. 2003-cü ildə 18 ay həbs cəzasına məhkum edilib. Həmin müddətin 74 gününü təkadamlıq kamerada keçirib.
«Hellmən-Həmmet» mükafatına layiq görülən, İrandan olan digər yazıçı və jurnalistlər bunlardır:
Əli Əşrəf Dərvişiyan. 65 yaşı var. Roman və hekayələr yazır. 20-dən artıq kitabın müəllifidir. 4 ilə yaxındır kitabları İrşad Nazirliyinin senzurasına məruz qalır.
Şəhram Rəfizadə. 34 yaşı var. Şair və jurnalistdir. ETTELAAT-ın dissident ziyalıları zəncirvari ardıcılıqla qətlə yetirməsi haqda 1998-ci ildə ifşaedici yazılarla mətbuatda çıxış edib. 2004-cü ildə tutularaq 86 gün təkadamlıq kamerada saxlanılıb.
Ruzbeh Mir İbrahimi. 27 yaşı var. Jurnalistdir. 2003-cü ildə İran əsilli Kanada vətəndaşı, jurnalist Zəhra Kazıminin ETTELAAT-ın həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişməsi ilə əlaqədar jurnalist təhqiqatı aparıb. 2004-cü ildə tutularaq 60 gün təkadamlıq kamerada saxlanılıb.
Arəş Siqarçi. 25 yaşı var. Jurnalistdir. Öz internet bloqunda İranda insan hüquqlarının pozulması haqda yazılarla çıxış edib. 14 il həbs cəzası alıb. Sonradan cəza müddəti 3 ilə endirilib. Son vaxtlar onun xərçəng xəstəliyinə tutulduğu da bəlli olub.
Əli Əfşari. 33 yaşı var. İranda tələbə hərəkatının tanınmış simalarındandır. 2000-ci ildə 3 il həbs cəzasına məhkum edilib. Həmin müddətin 328 gününü təkadamlıq kamerada keçirib.
Həsən Zarezadə Ərdəşir. 29 yaşı var. Ölkədə insan hüquqlarının vəziyyəti haqqında yazılarla çıxış edib. Dəfələrlə həbs olunub. 2003-cü ildə 8 ay Tehranın Evin həbsxanasında saxlanılıb.
«Hellmən-Həmmet» mükafatı 1989-cu ildə amerikalı yazarlar Lillian Hellmən və Daşiel Həmmetin «Hyuman Rayts Votç»a müraciətindən sonra təsis olunub. Bu pul mükafatı öz ölkəsində təqiblərə məruz qalan qələm adamlarına yardım göstərmək, eyni zamanda onların əməyini qiymətləndirməklə senzuraya və söz azadlığına qarşı təzyiqlərə diqqət çəkmək məqsədilə verilir. Bəzi hallarda mükafata layiq görülən şəxsin və onun ailə üzvlərinin əlavə təqibələrlə üzləşməməsi üçün lauraeatın adı ictimaiyyətə açıqlanmır.
Ýki azərbaycanlý jurnalist beynəlxalq insan hüquqlarý mükafatý alýb
Ýki azərbaycanlý jurnalist beynəlxalq insan hüquqlarý mükafatý alýbƏbülfəzl Paþaoðlu Ýki azərbaycanlý jurnalistə beynəlxalq insan hüquqlarý mükafatý veriblər. Bunlar Ýran Azərbaycanýndan olan Ýnsafəli Hudayət və Həsən Zarezadədi. Mükafatý «Human Rights Watch» və «Hellman Hamett»insan haqlarý təþkilatlarý verib. Bu mükafatý hər il dünyada repressiyalarla üzləþən ən fəal jurnalist, yazýçý və þairə təqdim edirlər. Mükafatlarý yazarlara repressiyalara sinə gərməkdə kömək üçün verirlər. Ýnsafəli Hidayətin təqdimatýnda deyilir ki, 41 yaþlý jurnalist insan hüquqlarý ilə baðlý yazdýðý yazýlara görə həbs olunub. Həbs müddətinin 74 gününü təkadamlýq kamerada, 18 ayýný isə adi rejimli koloniyada keçirən Ýnsafəli Hidayət məruz qaldýðý iþgəncələri memuarlarýnda əks etdirib. Hazýrda 29 yaþý olan Həsən Zarezadə bütün çətinliklərə baxmayaraq dayanmadan yaþadýðý ölkəndə insan hüquqlarýnýn tapdalandýðýný ifþa edib. Elə buna görə də 2003-cü ildə 8 ay Ýranýn dəhþətli Evin həbsxanasýnda saxlanýlýb. O, 2005-ci ildə ölkəni tərk etməli olsa da Ýranda insan haqlarý məsələsini təqib edərək jurnalistika fəaliyyətinə davam edir. |
"Onların əksəriyyəti azərbaycanlılardır"
"İran həbsxanaları siyasi məhbuslarla doludur"
İnsafəli Hidayət: "Onların əksəriyyəti azərbaycanlılardır"
İran 2007-ci ildə edam cəzasının tətbiqinə görə dünya dövlətləri arasında yerini qorudu. Yəni fars-molla rejimi Çindən sonra öz vətəndaşlarını dara çəkən ikinci ölkə olaraq qalmaqda davam edir. Ötən il bu ölkədə 271 nəfər edam olunub. Ancaq dara çəkilənlərin sayının 300 nəfərdən çox olduğu barədə də məlumatlar var. Bunu Kanadada mühacirət həyatı yaşayan güneyli jurnalist İnsafəli Hidayət bildirib. Onun sözlərinə görə, bu insanlar şəhərlərin mərkəzi meydanlarında yerli camaatın gözü qarşısında dara çəkiliblər.
Real
Bunların arasında siyasi məhbuslar üstünlük təşkil edir: "Axı İranda öz tarixi torpaqlarında yaşayan qeyri-fars millətləri öz milli və mədəni hüquqlarının bərpa etmək uğrunda mübarizə aparırlar. Ona görə də ölkə həbsxanaları siyasi məhbuslarla demək olar doludur. Onların da əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Ancaq ötən il ərzində bir nəfər də olsun güneyli siyasi məhbusun dar ağacına çəkilməməsi sevindirici haldır. Edam olunanlar ərəblər, bəluclar və digər qeyri-fars millətləridir. Çünki Azərbaycan türklərindən fərqli olaraq, həmin millətlər İran rejiminə qarşı silahlı mübarizə aparırlar, terraktlar törədirlər. Soydaşlarımız dinc mübarizə apardıqlarından belə ağır cəzaya məruz qalmırlar. Ancaq buna baxmayaraq, fars-molla rejiminin ciddi təqib və təzyiqlərilə üzləşirlər, həbs olunurlar, işgəncələrə məruz qalırlar". İnsafəli Hidayət qeyd edib ki, 2007-ci il İranda mətbu orqanlar və jurnalistlərə qarşı da basqılar artıb. Belə ki, xeyli sayda jurnalist həbs olunub, qəzetlər, jurnallar qapadılıb. Hətta xarici KİV-lərdə çalışan İran əsilli jurnalistlər də həbs olunaraq uzun müddət həbsxanalarda təkadamlıq kameralarda saxlanılıblar. Halbuki onların əksəriyyəti yalnız yaxın qohumlarını ziyarət etmək üçün öz ölkələrinə gəlmişdilər. Ancaq casusluqda ittiham olundular və sonradan külli miqdarda girov müqabilində sərbəst buraxıldılar: "Təbii ki, həbslər güneyli jurnalistlərdən də yan keçmədi və hazırda bir neçə yazar həbsxanadadır. Bundan əlavə, "İLHA" xəbər agentliyi, "Şərq" və "Dilmanc" qəzetləri qapadıldı". Güneyli jurnalist vurğulayıb ki, ötən il İranda tələbələrin mübarizəsi yeni mərhələyə qədəm qoyub. İlboyu etiraz aksiyaları həyata keçirilib, 550 tələbə həbsə alınıb və hazırda onların öndə gedənləri məhbus həyatı yaşayırlar. Eyni zamanda 30-a yaxın tələbə dərgisi qapadılıb. Bundan əlavə, müəllimlər, fəhlələrin etirazları olub və həmin aksiyaların təşkilatçıları da hazırda həbsxanadadırlar. Qeyd edək ki, yanvarın 15-də "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) İranda insan hüquqlarının kobud şəkildə pozulmasıyla əlaqədar növbəti hesabat yayaraq fars-molla rejimindən edam hökmünün ləğvini tələb edib.
http://www.xalqcebhesi.az/news.php?id=1408
İranda müxalifət mübarizəsini davam etdirir
| İranda müxalifət mübarizəsini davam etdirir | |
04/11/2009 |
"İran İslam inqilabına bəslənən ümidlər çoxdan boşa çıxıb"
Tofiq Türkel: "İslam inqilabından sonra da Azərbaycan türklərinə qarşı repressiv münasibətin dəyişməyib"
Turqut
Bu həftə İran İslam İnqilabının 30-cü ildönümü tamam oldu. Rejimin ölkə daxilində və xaricində yeritdiyi siyasət beynəlxalq gündəmdə başlıca yerlərdən birini tutur. Aparıcı Qərb dövlətləri İranın nüvə proqramından və terrorizmə sponsorluq etməsindən dərin narahatlıq keçirir. Digər tərəfdən, İran daxilində ölkənin etnik azlıqları və qadınlarla rəftar insan hüquqları təşkilatlarının müntəzəm qınaqlarına tuş gəlir. İnqilabın irsini və İran cəmiyyətinə təsirlərini öyrənmək üçün Kanadada yaşayan güneyli jurnalist İnsafəli Hidayət və tarixçi Tofiq Türkelə müraciət etdik. Güneyli jurnalist İnsafəli Hidayət inqilabda Azərbaycan türklərinin oynadığı roldan danışaraq bildirdi ki, şah dönəmində soydaşlarımıza qarşı diskriminasiya, repressiya geniş hal almışdı: "Rza Pəhləvinin ölkədə apardığı sosial islahatlar əksəriyyəti dindar iranlıların heysiyyatına toxunurdu. Həmin vaxt şah rejiminə qarşı etiraz aksiyaları öncə yalnız Tehranı əhatə edirdi. Sonradan İraqa mühacirət etmiş ayətullah Ruhulla Xomeyni Güney Azərbaycanda böyük nüfuza malik olan ayətullah Şəriətmədari və ayətullah Xoyei kimi dini liderlərin dəstəyinə arxalanaraq öz inqilab platformasını İranın başqa guşələrinə yaymağa başladı. Amma İranda islamçı rejim bərqərar olduqdan sonra Xomeyni keçmiş tərəfdarlarını və siyasi rəqiblərini əzməyə başladı. Ölkədə tətbiq olunan dini rejim və qadağalar insanların geniş kəsimində ikrah hissi doğurub. Nəticədə İslam İnqilabına bəslənən ümidlər çoxdan boşa çıxıb. Siyasi azadlıqlardan əlavə, sosial azadlıqlarını itirmiş bir çox iranlılar vətəni tərk edib.
Tarixçi Tofiq Türkel isə İslam İnqilabından sonra Azərbaycan türklərinə repressiv münasibətin dəyişmədiyini vurğuladı: "Etnik azlıqlarla rəftarında rejim daha çox repressiv üsullara və basqılara üstünlük verib. Güney Azərbaycanda vüsət alan etiraz dalğası da məhz bu növ siyasətin nəticəsi idi". Onun sözlərinə görə, İslamı rəhbər tutduğunu elan edən rəsmi Tehran əslində dövlət siyasətində tipik avtoritar qurum kimi davranır. Azərbaycanlıların ana dilində təhsil hüququ və başqa insani- mədəni hüquqları ciddi şəkildə pozulmaqda davam edir. Eyni zamanda yürütdüyü xarici siyasətdə fars şovinist rejimi müsəlman icmasının maraqlarını deyil, öz qüdrətini qoruyur".
BMT-də təmsil olunmayan xalqların forumunda İran azərbaycanlıları da iştirak edib
|
‘İranda prezidentliyə namizədlər və Azərbaycanlılar’
Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə “Mahmud Əhmədinejad İranın ABŞ-la yaxınlaşma siyasətini həyata keçirəcək siyasətçi görüntüsünə malik deyil” Bu sözləri bu gün Amerikanın səsi radiosunda “İranda prezident seçkiləri və namizədləri seçki kampaniyası” mövzusunda keçirilən dəyirmi masa söhbəti zamanı Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət deyib. Onun sözlərinə görə, dünyadan təcrid olunmuş İranın xarici siyasətində dəyişiklik etməyi düşünən hakimiyyətinin yeni liderə ehtiyacı var. Cənab Hidayət əsas mübarizənin Mirhüseyn Musəvi ilə Mehdi Kərrubi arasında gedəcəyini bildirir:
“İranda azərbaycanlı bir şəxsin hakimiyyətə gəlməsi az da olsa azərbaycanlıların təəssübünü çəkməsi ilə nəticələnə bilər. Bu baxımda ilk olaraq azərbaycanlılar üçün faydalı namizəd MirHüseyn Musəvidir. Ondan sonra isə Mehdi Kərrubini söyləmək olar”. İnsafəli Hidayətin sözlərinə görə, ancaq son 20-25 ildə Musəvinin siyasətdən uzaq qalması insanların onun haqqında pis xatirələrinin olmaması ilə nəticələnib ki, bu da onun reytinqini yüksək saxlayır.
Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə yönəldərək deyir ki, bu hazırkı prezident Mahmud Əhmədinejadın seçki kampaniyasının bir hissəsidir. O deyir ki, keçmiş İran prezidenti Xatəminin nüfuzunu gözdən salmaq üçün belə videolar yayılıb və bu da Musəvinin reytinqinə təsir göstərə bilər.
Buna baxmayaraq cənab Rüstəmxanlı seçki kampaniyası zamanı verilən vədlərin heç birinə inanmadığını deyir. Onun sözlərinə görə, indiyədək hər prezident seçkisii öncəsi bütün namizədlər Təbrizə gedir, orada azərbaycanlıların İranın başlıca qüvvəsi olduğunu bildirir, “İran yatmış şirdi, Azərbaycan onun başıdı”, “Azərbaycan İranın başıdı, onu kəsmək olmaz” kimi şüarlar səsləndirir. “Ancaq hakimiyyətə gələndən sonra isə heç bir inkişaf müşahidə olunmur” - deyə millət vəkili bildirib. Sabir Rüstəmxanlı azərbaycanlıların seçkiləri boykot etməsini dəstəkləmədiyini dilə gətirib.
voa
Amerikanın səsinə müsahibəsi
İnsafəli Hidayətin Amerikanın səsinə müsahibəsi
Kanadada yaşayan Güney Azərbaycanlı jurnalist İnsafəli Hidayət İranda cərəyan edən son hadisələrlə bağlı Amerikanın səsinə müsahibə verib
Sual: İranda etiraz aksiyaları zamanı həbs olunanlardan 140 nəfərin azadlığa buraxıldığı bildirilib. Sizcə bu nə ilə bağlıdır?
Cavab: Ötən bir həftə ərzində Ayətulla Haşimi Rəfsəncani bir növ barışıq üçün rəhbərdən istədi ki, tutulanlar azadlığa buraxılsın. Daha sonra Mir Hüseyn Musəvi çıxışında dedi ki, bu məsələni həll etmək lazımdır. Onların həbsxanada saxlanaraq, işgəncələrə məruz qalması düz deyil. Bundan başqa da dünyanın ən azı 50 ölkəsində insanların azad olunması çağırışları ilə aksiyalar keçirilir. Bütün bunların müəyyən təsiri olub.
Sual: İranın ali dini rəhbərinin Kəhrizad həbsxanasının bağlanması barədə göstərişi və bundan sonra cərəyan edən hadisələr barədə nə deyə bilərsiniz?
Cavab: İranda iki cür həbsxana var. Birincisi, ədliyyə sisteminin nəzarətində olan həbsxanalar. İkincisi isə, təhlükəsizlik və kəşfiyat təşkilatlarının nəzarətindəki, qanunda yeri olmayan həbsxanalardır. Misal üçün Təbrizdə belə ikinci tip üç həbsxana var. Tehranda sayı ən azı 2300 nəfər olan, seçkilərdən sonra tutulanlar bu ikinci tip məhbəslərdə saxlanılırdılar. Xamaneyi də belə həbsxanalardan yalnız birinin bağlanmasına göstəriş verib. Buna səbəb isə orada saxlanma şəraitinin çox bərbad vəziyyətdə olmasıdır.
Sual: Son günlərdə vitse-prezidentin təyinatı və daha sonra bu təyinatın ləğvi və hökumət kabineti daxilindəki başqa dəyişikliklər, istefalar və bunlar ətrafında baş verən mübahisələr barədə nə düşünürsünüz?
Cavab: Bir neçə gün əvvəl Əhmədinejad istədi ki, öz baş müavinini əvəz etsin və onun yerinə onunla işləmiş bir adamı gətirsin. Bu təyinat mollaların etirazına bais oldu. Xamaneyi Əhmədinejada məktub yazaraq ondan təyinatın ləğvini istədi. Məcburiyyət qarşısında qalan Əhmədinejad təyin etdiyi şəxsi istefaya göndərməyə məcbur oldu. Ancaq bu, onu göstərir ki, Əhmədinejadın hökumətində 21 nazir arasında fikir ayrılığı var. Bu arada parlamentin bir üzvə elan edib ki, İran dövləti bir neçə gündə yeni hökumət təşkil olunana kimi heç bir qərara gələ bilməz. Mahmud Əhmədinejadın son 4 illik hakimiyyəti dövründə 11 nazir, 3 müavin dəyişib.
Sual: Bu, ayrı-ayrılıqda baş verən iki hadisə İranda hakimiyyətdə olan mühafizəkar qüvvələrin zəiflədiyindən, yaxud da müxalifətdə olan islahatçı kimi tanınan qüvvələrin gücləndiyindən xəbər verirmi?
Cavab: Doğrudur, bu, islahatçıların qücünü göstərir. Digər tərəfdən mühafizəkarların zəiflədiyinin şahidi oluruq. Onlar milləti idarə etməlidirlər və xalqı nəzərə almalıdırlar. Xalq isə, övladları həlak olduğu, həbs edildiyi üçün etiraz edir. Əhali elə düşünür ki, Əhmədinejad doğrudan da çevriliş edir. Yəni əsgərlər vasitəsilə çevriliş həyata keçirib və xalqı basqı altında qoyub. Qacar dövründə Rza şah gəlib türk hökumətləri əleyhinə çevriliş etdiyi kimi, indi də Əhmədinejad demək olar ki, İnqilab Keşikçilərinin əli ilə bu çevrilişi həyata keçirir. Onun Xamaneyinin qarşısında dayanması bunu göstərir.
http://www.gunaz.tv/xaber/insafeli-hidayetin-amerikanin-sesine-musahibesi
Tehranda siyasi təlatüm
| Tehranda siyasi təlatüm |
| Müəllif: DAK | |
| 2010-01-02 | |
Qabil Hüseynli: “Mübarizə artıq qanlı müstəviyə keçib” İnsafəli Hidayət: “Artıq nümayişçilərə qarşı ağır silahlanmış polis və ordu qüvvələrindən istifadə edilməsi nəzərdən keçirilir “
Hadisələri şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, İran adlanan yerin xalqı rejimdən ciddi şəkildə narazıdır və illərdən bəri artan narazılıq özünü iri şəhərlərin küçələrində büruzə verməkdədir. Onun sözlərinə görə, xalq qəzəbi təkcə hakimiyyətdaxili yerdəyişmələrlə kifayətlənmək niyyətində deyil və bütünlükdə rejimə qarşı yönəlib: “İran adlanan yerdə mövcud olan teokratik rejimdən təngə gələn insanlar köklü dəyişikliyə can atırlar və bu yolda onların apardıqları mübarizə artıq qanlı müstəviyə keçib. Politoloq hesab edir ki, əvvəlki aylarla müqayisədə azərbaycanlılar daha çox aktivlik göstərməyə başlayıblar: “İlk əvvəl İran adlanan yerdə cərəyan edən siyasi qarşıdurma saraydaxili çəkişmələr kimi qiymətləndirilirdi. İndi isə bir çoxları dərk edir ki, ölkədə baş verə biləcək rejim dəyişikliyindən bütün vətəndaşlar faydalana bilər. |
بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292
بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292 https://youtube.com/live/3iyA9DZwBYs
-
مهندسی جهل 006 راه خروج از دنیای مهندسی شده جهل چیست؟ در ششمین بخش از سری برنامه " مهندسی جهل" در ایران، درباره چند کتاب که در آ...
-
انصافعلی هدایت؛ روزنامه نگار آزد و مستقل آذربایجانی کانادا – تورنتو hedayat222@yahoo.com 001 – 647 – 740 – 8070 ...
-
ان باشدا عاغیللار سیلاحلانمالی اگر کوردلر بیر خاریجی دوولتدن سیلاح آلئرلارسا، بیز نییه آلمایالئم؟ دونیادا، بیر چون میللتلر، دوولتلر حاضی...