Farslar niyə Türkü dilin öyrənmirlər?
Facebook-da Davud Cəliloğlu
adli bir dostumuz, mənim Turk dilimiz haqda çer etdiyim bir videoya etiraz
olaraq neçə cümlə yazıb:
Davoud
Jaliloghlu ay qardash bujur elamiyun. biz farsja orgashamghimiz vajib
di, ham da chokh batar garah basharax, o qadar ki farslarin ozunan da yaxji
garah olax, ama oz dilimizi da orgashmaghimiz vajib di. man 28 il tabriz da
yashayib, dars oxuyup va mahandis olmusham, indi 34 yashindeyam, shafahi
imtahannan qorxuram. niya man
garah farsini yaxji basharmiyam?!!!
Mənim bu döstumuza yazdığım son cavab, belə oldu:
kimse demir ki sen farsini öyrənmə və başarma.
Bizim sözümüz və məntiqimiz budur ki Türkü dilimizi, fars dilindən daha yaxci
başarmali və bilməlisən. Niyə ki bu sənin ana dilin və təməl (binövrə) haqqın dir.
Lakin sen Fars dilində igirmi ilə yaxın dərs
oxumusan və bu özgə və xarici dili, öz ana dilindən daha yaxci bilirsən. Çün öz
ana dilini oxumaqdan məhrumsan. Öz dilin sənə haram olub dur.
Farsinı başarduğun, yazıb, oxuduğun qədər də
Türkü dilimizi, ana dilimizi oxuyub, yazabilirsən?
Yazdığın bu jümlələrdən bəlli dir ki düzgün bir
jümle, öz Turkü dilimizdə yazanmirsan..
Nİyə?
Hankı eybi-iyradı var ki öz ana dilində dərin
savadlı olasan ki hər millər belədir, onun kanarında da, Fars dili ya Rusca,
İngiliscə və …. dilidə lap yaxci biləsən?
Biz fars dili ya başqa əcnəbi və xarici
dillərilə müxalif deyilik və demirik ki sən biganə dili bilmə və xaricilərə
işləmə. ortada belə bir iddia yoxdur.
Necə ki farslar, Ərəblər, İngilislər, Ruslar,
Almanlar, Amerikalılar, Kanadalılar və … öz ana dillərinin kənarında, başqa dil
öyrənməyə həm Azaddılar həmdə təşviq olurlar, bizdə də beylə fikir var.
Amma sizdə görürsüz, farslar (bizə göra) öz
xarici və biganə dillərin, biz türklərə təhmil edirlər və bizlər, məcburən bir
xarici dili (farscanı) öyrənirux amma öz dilimizi öyrənmək haqqımız yoxdur.
Sizdə görürsüz, farslar bir çox əcnəbi dili
öyrənirlər. Lakin bizim Turkü dilimizi, nə özləri oxur, nədə bizə icazə
verirlər öz vətənimizdə, öz ana dilimizi oxuyaq!
Bu, o halda dır ki hər kim öz ana dilin, hər əcnəbi
dilindən daha yaxcı bilməli dir. Siz indi ürəyizdə diyə bilərsiz ki mən
Türkcəni yaxcı bilirəm və mədrəsədə, danişgahda öyrəmnəyə mühtac deyiləm. {Bir neçə suru ilə bunu imtan edək: 2+3=5 necə
deyilər? 13*5=? (* zərb əlaməti dir) 20%
necə? Fulan kəsin evi alışdı yandı, atəşnışanlar gəlib söndürməyə
başlarkən, atəşnişa kəpsulu işləmədi. Bu cümləni də türkcəyə çevir.}
Bizcə, siz Türkcəni öyrənin, onun kənarında
farsca ya Erməni dili belə öyrənin.
İndi bizim Milli Fəallarda bir dərin boşluq
var. Məsəla Erməni və Kürd dillərin çox yaxcı bəlməmiz lazim dir. Onlar bizim
qonşularımızdır və biz onların dillərin bilməli və siyasətlərin və baxışların
təqib etməliyik.
Bunlan belə, lazim deyil hamilıqla Kürd dilin
ya Erməni dilin bilaq. Bir neçə nəfər bilsə kifayət edər. Bu söz, o anlamı
daşımır ki biz bu ya başqa dillərin öyrənməsilə müxalifiq amma ən azı, olkəyə lazim
qədər, Kürd ya Erməni və ya hər hanki bir əcnəbi dilin bilən gərəkir.
Söz
burda dir ki mende size tay Fars dilinde ders oxumışam, danışgah qurtarmışam
amma menim öz dilimdə təhsilim olmadığı üçün, heş vaxt, öz dilimi fars dili
kimi başarmıram.
Niyə,
Çün fars dilində 20 il dərs oxumuşam və dərsdən
daha çox əsərli olan, azad vaxtımda, fars dilində minlər cild kitab mütaliə
eləmişəm. Bunun üçündə, fars dilində dərinləşmişəm. Hətta farslardan belə
dərinəm. Öz Türkü dilimdə isə, o qədə kasıb və əli böşam.
Başqa tərəfdən, sən bir Türksən. Hər hankı dili
örgənirsən, örgəş, amma təbii ki öyrəndiyin dəldə, o dilin üşaqları kimi
danışanmazsan. Farsı dilidə bu qaidədən istisna deyil və təbii dir ki fars
dilin, bir fars kimi danışanmazsan.
Necə ki Farslar heş vaxt biz Turkler kimi Türk
dilin danışanmazlar.
Niyə?
Əvvəla farslar Türkümüzdə dərs oxumurlar. Bəs,
biz niyə farsların dilində dərs oxuyax?
İikincisi o ki heş görmüsən bir Turk ayilənin,
fars damadı ya fars gəlini Türkcə öyrənə və sənə tay Türkünün danışa?
Bunun qabağında, bilirux ki Farslara damad ya
gəlin olan Türk kişi ya xanım, nə ki özü farscanı yaxcı öyrənməyə çalışar bəlkə
onun savadsiz ata anasi belə “gəlinimi, damadımi yaxcı düşünümın” diyə, farsını
öyrənməyə cəhd edər.
Bu halda, farslar niyə ər ya arvadlarının Türkü
dilin öyrənməyə çalışmırlar? bu soruyada sən cavab ver!
Comments
Post a Comment