Mənə pul lazimdi, pul
Mənə pul lazimdi, pul
Famillərdən bir xanımla yazılaşırdım. Bir maraqlı hekayə ortaya çıxdı:
Yazdım: çox gözəlsən. Həməşə belə idin ya sonralardan belə oldun?
Yazdı: Yox. Öncə, qaşlarımı tatu etmişdim. Qaş əkdirsəm, daha gözəl olaram.
Duran kimi oldu. Elə bil, dərin nəfəs çəkib, yazdı:
İndı qaş əkdirmək moda ulub. Pul tapsam, təbii qaş əkdirəcəm.
Yazdım: Yanı qaşlarıvı qırxmışidin?
Cavab yazmad. Bəlkə mənim yazımı oxur. Bəlkə də yazımla onu sancımışam. Bəlkə də ürəyin sındırmışam. Küsüb.
Yazdım: Allah Allah, gör, mod sənin başıva nələr gətirib.
Cavab yox.
Yazdım: Mod sənin o gözəl, təbii qaşlarıvı alıb, yerinə, rəng vurdurub.
Ondan səs çıxmadı.
Yazdım: indi də mode səni qaytaracaq tük əkdirəsən. Hə?
O yanda susqunluq sürür.
Yazdım: Siz xanımlar, moda bazarçılarının əlində mun olmusuz. Modla, sizi, istədiyi kimi əllərində şəkilləndirir, oynadır.
Səs yox.
Yazdım: Mode, bir şeyləri sizdən alır, bir şeylər verir. Elə ki omot köhnəldi, taza mids yaradır ki sizin əlizdəki malı-plu, çığartsın. Bu, bir türlü, göz görə görə oğurluqdur.
Səs gəlmir.
Boş boğazlıq fürsəti əlimdə ikən yazdım: Bilirsiz moda sistemi kimlərin əlindədir?
Cavab yox.
Bəlkə, mənim sözlərimi düşünür deyə yazdım: Moda çox mənfəətli bir ticarətdir. Güclü tacirlərin əlində dir.
Marağın çəkəmədim. Hala susqunluq hakimdir. …
Bəlkə bu sözlərim, onu düşündürür, dedim öz-özümə.
Daha cəsarət ilə yazdım: Bilmirsiz ki bu tacirlər erkək dirləir. Moda ticarətinin pərdəsi arxasında erkəklərin əlləri var. Yəni, kişilər, xanımlara moda yaradır, moda satırlar.
Bəlkə maraqın çəkmədim ki bir soru belə gəlmədi.
Soraraq, onu, həyəcana gətirmək, habelə, danışığa soxmaq istədim: Heş sormusunuz ki bəs niyə kişilərə moda çıxmır?
Gine, heç səs çıxmadı. Görəsən, bu sözlər, ona maraqlı deyilmi?
Özüm sordum: Niyə?
Cavab gəlmədi. Kəndim, kəndi sorumu cavabladım:
Çün, indi, xanımlar işlə məşğul olublar. pul-para qazanırlar. Cibləri, çantaları pul görür.
Görünür ki onun maraqını bu bəhsə çəkə bilməmişəm.
Yazaraq, artırdım: Xanımların pulu-pərosı olursa, erkəklərdən müstəqil olurlar.
Öz-özümə dedim, qoy onun duyğularından bir çimdik götürüm. Bəlkə danışdı.
Onu, belə çimdiklədim: Xanımların istiqlalı olmaması, ayni zamanda, erkəklərə bağlı qalması üçün moda olmalıdır ki xanım tayfasının əlində pul-para qalmasın. Ərkəklərə bağlı olsun.
Ondan bir cüzültüdə gəlmədi.
Düşüncəmi dərinlədim deyə yazdım: bundan belə, tükətim bazarı (məsrəf) eknomisi, xanımlara bağlıdır. Xanımlar tükətici olmazlarsa, ekonomi yatar. İşsizlik olar. Ərkəklər uduzar.
Heç cıqqırı belə çıxmadı.
Son quşunumu atdım: Ərkəklər, xanımlara qocaman bir şey boşludur. Erkəklər, bazarı xanımlara satır. Xanımların qazancın əllərindən alır. Bu üzdən də erkəklər, həm iş, həm də para qazanırlar. Biz, sizlərə borclu deyilmiyik?
Heç işıq vermədi. Görünür ki tək canina yazişiram. Sözün qurtarması lazımdır. Yazdım:
Ay xanımlar, nə yaxşı ki varsız. Biz erkəklər, sizin kölgənizdə işləyir, pul qazanırıq.
Son bir söz deyib, qaçım, dedim: sizi əldə tutmaqdan ötrü pul-para lazımdır. Yoxsa, siz …
Gəldi. Həm də savaş təbilin çala-çala … :
Get-gedə. Bunlar nədi yazırsan? Mənə pul lazımdi, pul. Pul ver qaş əkdirim başa. Nağıl demə.
Quyruğumu iki bacağımın arasına qısdırıb, yazaraq, qaçdım:
“sağ qalın.”
İnsafəli Hidayət
Comments
Post a Comment