İran milləti hələ dimokrasi üçün hazır deyil








Mahmıd Sıriolqələm, Fars dilli yazar, yeni kitabında yazib: o zamana dək ki, bizlərin fikzimin islah olmaya və ictimada sevilməyən pis rəftarları tərk etməyək, inkişaf tapmayacayıq.

Bu yazar həmən fikri "Qacarlar devranında irançılıq iqtidarçılığı" adlı kitabda ortaya atıb və iddiya edib ki, biz indi Avurupanın 1640 inci illəri devrində yaşayırıq və mən inanıram ki, İranlılar Demokrasını əldə etmək istəmirlər və siyasi inkişaf İran xalqının birinci istəyi deyil.

O əlavə edir:  İndi hətta dinli ziyalılarda inanıblar ki, İslamla Demokrasi yola getməzlər və "demokratik islam" diyə bir imkan və mevzu yoxdur.

Bu soz o halda yazılır ki Seyidcavad Təbatəbayi, Azərbaycanlı yazar son kitablarında ki, iranda çap olub, İranın digər hissələrilə Azərbaycanı fərqləndirib və "Təbriz Məktəbi" adlı bir fikir və aydiyadan danışır.

Seyidcavad Təbatəbayi elan edir, İranın rəsmi tarixlərində yazılıb, iranlılar Məşrutəni tanımırdılar və İngilis səfərinin xanımı dediyi kimi Məşrutəni "toyuqla polovda" görürdürlər.

"Bu yalan və qondurma fikirdir. Azərbaycan və Təbriz, məşrutə üçün aylar ac qalıb və Məşrutə yolunda mübarizə aparıb. Olabilməz ki, bu xalq Məşrutənin nə olduğun bilməmiş və Məşrutədən nə əldə etməklərindən xəbərdar olmamış, 11 ay ac qalıb və istibdadla mübarizə aparsınlar."

Bu fikirlər o halda yayılır ki, Fars dilli və Fars mərkəzli fikir sahibləri irqçılığa və istibdada daha çox önəm verirlər. O cür ki, Abbas Mərufi adlı Fars yazar öz Fars tərəfdarlarından istir Dr. Riza Bərahini-nin ağzından təpiklə vursunlar.

Niyə ki Dr. Bərahini deyib: "İnsan Haqlarına dayanaraq, hər kimsə Fars dilin iranın rəsmi dili bilirsə, məhkum dur."

Bu o haldadır ki, Fars mərkəzli fikir sahibləri öz mali və sayasi iqtidarlıqların düşünürlər və bu ikisin əldə etmək amacilə hər cür cürm və cinayətə əl qoyurlar.

Numunə olaraq, Amerika devləti Fıransanın Total adlı neft şirkətin 400 milyon Dollar cərimə ödəməyə məhkum etdib. Niyəki bu şirkət 1995 inci ildən 2004 inci ilədək, iranın rəsmi və ali məqamlarına 60 Milyon Dollar rüşvət vermişimiş ta neft quyularının bir neçəsin fıransalı şirkətə versinlər.

Eyni halda ki, Fars devləti fəsadda boğulur, insanlar küçə bazarda, iqtisadi çətin günlər geçirirlər və bir neçə min tüməndən ötürü bir birlərin qətlə yetirirlər.

Numunə olaraq GunAz TVnin geçmiş və bu proqramında İnsafəli Hidayət iki xəbərin üstün açdı. Xəbırin birində bir kişi 100.000 Tümən borcun verməsin diyə 3 qonşusun öldürüb.

Bir ayrı vidiyoda göstərildi ki bir adam 8 Milyon Tümən pulun alabilmir və müsəlsəllə özün və iki ayrı adamı həlakətə yetirir.

Bu canlı proqram zəbt olub (yazılıb) və GunAz TVinin vebsaytında, Facebookunda və Youtube səhifəsində daha çox mevzularla görünməkdə dir.


Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر