İrana xərçəng sunamisi yolda dır
Xordad ayının 10 və Mayın 30-u dünya səviyyədə Siqaranın çəkməmək günüdür.
GünAz TV bu günə ayid qıssa proqram hazırladı. Azərbaycanlılara siqaranın təhlükəsindən əlavə, pullarının kimlərin ciblərinə axdığı və o pullarla nə işləri tamam etmək olar-dan sohbət etdi.
İran nufusunun 12.000.000-u siqaqra içənlərdən ibarətdir. Bu 12 Milyon insan hər gün 10 Milyar tümən siqara veribən tüstü edirlər və öz canlarına xəstəliklər alırlar.
Həkimlərin və mütəxəssislərin verdiyi məlumata əsasən bu xəstəliklərin dava dərmanı üçün hər gün 20.000.000.000 (20 Milyar) Tümən xərc olur. Bu miqdar pul hər ilin başında 3 Tirilyon 650 Milyar Tümənə qalxır.
Hər bir siqarin 1.2 ğəram ağırlığı var. İnsafəli Hidayət-in hesabatına əsasən, hər siqar çəkən İranlı il başına dək, üst üstə, 6 kilov 200 ğıram yəni 5.166 siqar yandırır və ən azı 258 Dollar pulun onlara verir. İranda kimsə siqar çəkə çəkmiyə, hər iranlının səhminə 1 kilov 55 ğıram siqar düşür.
Güney Azərbaycanlıların topraqlarında möhüm kərxana yoxdur. Siqar kərxanası əslən yoxdur və İranda siqaranı istihsal edən fabrikalar Farslara ayitdilər və min zəhmətlə qazandıqları pullar, farsların cibinə gedir.
İnsafəli, Beynəlmiləl təşkilatların verdiyi məlumata istinad edərək deyir, dünyada hər il 6.000.000 insan siqaradan törənən xəstəliklər səbəbinə canların əldən verirlər. Həmən 6 Milyon ölənlərin 600.000 (6 yüz mini) siqar çəkmirlər. Bəlkə ayilə üzvləri ya dostları yandıran siqarların tüstüsün nəfəsləmək vasitəsilə zəhərlənirlər.
Sazimani Miləl iddia edir ki, siqardan törənən mərizlıqların qabağın almax sadədir. Kafidir ki insanlar, siqardan törənən xəstəliklərlə tanış olub və bu etiyadı və narkomanlığı tərk etməyə cəhd etsinlər və siqara çəkən dost və famildən uzaq dursunlar ta birdə siqara geri gəlməsinlər.
Amerikanın əsil sahibləri, Qızıl Dərililər, tutunla məşğulumuşlar və tutun onların arasında məxsus yerə malik və mevqe sahibiymiş. Amma Av-Urupalılar və Kiristif Kolomb bu zərərli maddəni öz məmləkətlərinə gətirib və pul dalıcan olan insanlar onla pul qazanmağa başlayıb və beləliklə dunyada siqarı yayılıb.
1970 inci illərdə siqar kərxanaları bu siqarı xanımların arasında da yaymağa çalışdı və elə təbliğat etdi ki, siğar çəkmək xanımların istiqlalı və öz ayaq üstündə durmaq nişanı dır və milyonlar xanımları bu yola çəkdir.
Bu gün amma Ğərb və Amerika ölkələrində mühacirlər ən çox siqara çəkən adamlar dırlar və nəsillər boyu bu ölkələrdə saqar çəkənlərin çağdaş evladları daha siqar çəkmirlər və onun ziddi üçün ağır təbliğatlar aparırlar və insanların sağlığın qorumaq amacilə ictimayi hərəkətlər yaranıb və siqarla mübarizə aparmaq, ziyalılıq nişanəsi olub.
1970 inci illərin ittifaqı amma indi və İranda, Türkiyyədə, Güney və Quzey Azərbaycanda gedir. Cavan qızlar və oğlanlar siqaranı çəkməyi istiqlal, pulluluq, boyüklük və möhüm ictimayı rola malik olmaq fikri kimi görürlər. Xanımlardan əlavə kiçik yaşlı gənclərdə onlar xəstəliyə pul verib və canlarına alırlar.
Rəsmi məlumata gora, iranda hər 24 sahat ərzində 22 adam Medə xərçəngi ya sərətanına tutulmaqdan dolayı ölürlər. Bu sərətan sadəcə siqardan türənir. Amma təkcə Medə xərçəngi deyil ki siqar yaradır bəklə Dodaq, Dil, Ağız, Burun, Boğaz, Ağ Ciyərlər, Medə və Bağarsaq xərçənglərində səbəb olur.
İranın Sağlıq rəsmiləri elan ediblər ki gələn 10 il içində milyonlar insan siqardan törənən xərçənglərə mübtəla olacaqlar və xərçəng Sunamisi iranda gələcək.
Dunyada siqara özərə təcrübə və elm sagibləri iddiya edirlər ki siqar etiyadın tərk etmək "çətin dir" amma əlavə edirlər "siqarı tərk etməmək daha çəti dir."
GünAz Tv tamam Azərbaycanlı - Güneyli quzeyli- bacı qardaşlarmızdan istir, Azərbaycan düşmənlərinin felinə və toruna düşməsinlər. Hər neçə Azərbaycanlı bir yerə toplanıb, bir qurup yaradıb və Azərbaycanlı insanları siqar törədən xəstəliklərdən qorumaq amacilə, bir birlərinə ürək-dirək verib və siqarı və digər etiyadları tərk etməyə çalışsınlar.
Hər Azərbaycanlı ki siqarı və digər etiyadları və narkumanlığı tərk edirsə, Azərbaycanın gələcəyinə xidmət edir və Azərbaycanımızı düşmənləri qabağında, öz sağlığilə qorur.
Yaşasın ETİYADla mübarizə aparan Azərbaycanlı gənc ürəkli xanımlar və ağalar.
GünAz TVinin bu poroqramın izleyin və fikrinizə çatan mevzuları və yolları OBALI@GUNAZ.TV yə yazın. Biz onları sizin adla yayarıq.
Comments
Post a Comment